“Startap Day” layihəsi Gəncə şəhəri və ətrafı regionlar üçün nəzərdə tutulan bir startap proqramıdır. Bu proqram gənclərin startap və sahibkarlıq ruhlarının artırılması məqsədi ilə həyata keçirilir. Proqram 4 mərhələdən ibarətdir. İlkin mərhələdə ideyası olan və mvp model startapların qeydiyyatı, ikinci mərhələ bu startapların seçilməsi, üçüncü mərhələdə təlim proqramının təşkil olunması və sonuncu mərhələdə yarışın keçirilməsidir. Proqrama istənilən kateqoriya üzrə müraciətlər qəbul olunur. İlk üç yerə layiq görülən startaplar mükafatlandırılacaq.